EN

Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

Image

Macarıstanın baş naziri Orbanın Netanyahuya dəstəyi bütün türk dünyasını dağıdır. Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarından sonra onun Netanyahunu Macarıstana səfərə dəvət etməsinin başqa izahı yoxdur. 

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Orban Netanyahunu Macarıstana dəvət etməyə də bilərdi və etməməli idi... Bəs necə, Macarıstanın Türk Dövlətləri Təşkilatında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Ərdoğanın dəstəyi ilə iştirak etdiyini hər kəs bilir. İlham Əliyev və Ərdoğanın dəstəyi olmasaydı, Orbanı Türk Dövlətləri Təşkilatına buraxan kim idi?!!!! Cənab Orban Netanyahunu MUS-un qərarından sonra Macarıstana dəvət etməklə həm Türkiyənin bu günkü Yaxın Şərq siyasətini alt-üst edir, həm də Əliyevlə Ərdoğanı üz-üzə qoyur. Belə olmaz...

Əgər Orban Avropa Birliyinə əks siyasət ortaya qoymaq istəyirsə, bunu böyük türk inteqrasiyasına qarşı dağıdıcı addımla etməməli idi. Bu saat Netanyahunun Avropaya və Macarıstana gəlməsinə nə ehtiyac var ki?!!! Netanyahunun indiki işi ABŞ-dan keçir və ABŞ da MUS-un üzvü olmadığına görə, Netanyahuya qaşı heç bir iddiada deyil... Netanyahu çox sərbəst şəkildə ABŞ-a gedə və qayıda bilər...

Yəqin ki, Türkiyə prezidenti Ərdoğanın da Orbana çox böyük təpkisi və ya yumşaq etirazı olacaq...

Orban niyə belə edir?...

Tahir TAĞIYEV





Chosen
8
baki-xeber.com

1Sources