EN

Türkiyədə iki bələdiyyə sədrinə terrorçuluq ittihamı

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon bələdiyyəsinin sədri Mustafa Sarıgül vəzifələrindən uzaqlaşdırılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə DİN sosial şəbəkədə açıqlama yayıb.

“Tunceli Respublika Prokurorluğu tərəfindən Xalqların Bərabərlik və Demokratiya Partiyasından olan Tunceli bələdiyyə sədri Konak və Cümhuriyyət Xalq Partiyasından olan Ovacık bələdiyyə sədri Sarıgül haqqında “Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə ayrı-ayrılıqda cinayət işi açılıb”, – məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com
Chosen
7
12
teleqraf.com

10Sources