EN

Makqreqor zorlamada təqsirli bilinib

Makqreqor zorlamada təqsirli bilinib

İrlandiyalı MMA ustası Konor Makqreqor zorlamada təqsirli bilinib. AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.İdmançı zərərçəkmiş Nikita Handa təzminat kimi 250 min avro ödəməyə məcbur edilib. Münsiflər heyəti altı saatdan çox müzakirədən sonra qərar qəbul edib.Hadisə 2018-ci ildə Dublində baş verib. Dinləmə zamanı Makqreqor ittihamları rədd etsə də, həmin vaxt narkotikdən istifadə etdiyini etiraf edib.36 yaşlı Makqreqor keçmiş Ultimate Fighting Championship (UFC) yüngül çəkidə çempiondur. Ümumilikdə irlandiyalı 28 döyüş keçirib, bu döyüşlərdə 22 qələbə qazanıb və altı məğlubiyyət alıb. Makqreqor sonuncu döyüşünü 2021-ci ilin yayında keçirib, amerikalı Dastin Puayeyə texniki nokautla uduzub. Ayağı sınıb və bundan sonra döyüşlərdə iştirak etməyib.

Chosen
28
afn.az

1Sources