EN

Ukraynada səfərbərlik gücləndirildi

Ukraynanın Xarkov vilayətinin hakimiyyət orqanları müdafiə qabiliyyətinin artırılması çərçivəsində regionda səfərbərlik fəaliyyətini gücləndirmək istəyir. Turanpress.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov deyib. “Bölgə Müdafiə Şurasının bugünkü iclasında biz baş verən prosesləri və Xarkov vilayətinin müdafiə qabiliyyətinin gücləndirilməsini müzakirə etdik. Ərazi çağırış məntəqələri rəhbərlərinin məruzəsini dinlədik. Səfərbərlik fəaliyyətinin səmərəliliyini artırmaq üçün çalışırıq”, - deyə o, bildirib. Qeyd edək ki, 2022-ci il fevralın 24-də Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib və 18-60 yaş arası kişilərin xaricə getməsinə qadağa qoyulub. Əvvəlcə 27 yaşdan yuxarı gənclər səfərbərliyə cəb edilib. 2 aprel 2024-cü ildə yaş həddi 25-ə endirilib.

Chosen
8
1
turanpress.com

2Sources