EN

Daha bir ölkə səfər edəcəyi təqdirdə Netanyahunu həbs edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyaya səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən həbs olunacaq.

“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmerin nümayəndəsi deyib.

Bildirilib ki, Britaniya hökuməti Netanyahunun ölkəyə səfər edəcəyi zaman onu həbs etmək öhdəliyi götürmək istəmir, lakin həbs qərarı ilə bağlı hüquqi öhdəlikləri yerinə yetirəcək.

Qeyd edək ki, ötən gün İsveçrə də Benyamin Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edəcəyini açıqlamışdı.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verib.

Chosen
68
50
qafqazinfo.az

10Sources