EN

Netanyahu Britaniyaya daxil olarsa həbs olunacaq

Böyük Britaniya hökuməti İsrailin Baş naziri Benyamin Netanyahu ölkəyə gəlsə, onun həbs ediləcəyinə dair açıqlama verməyə tərəddüd edib.

Lakin müxalifət lideri Sir Keir Starmerin sözçüsü bildirib ki, hökumət həbs qərarına dair "hüquqi öhdəliklərini yerinə yetirəcək".

Milli.Az xəbər verir ki, o, "Böyük Britaniya həmişə daxili qanunlara və beynəlxalq hüquqa uyğun olaraq öz hüquqi öhdəliklərini yerinə yetirəcək." deyə bildirib.

O, əlavə edib ki, Böyük Britaniya beynəlxalq cinayət məhkəməsinin (ICC) axtardığı şəxslərdən heç birinin indiyədək ölkəyə səfər etməməsi səbəbindən, ICC həbs qərarları ilə bağlı daxili hüquqi proseslərdən istifadə olunmayıb.

Daxili İşlər Naziri Yvette Cooper isə bildirib ki, "ICC müstəqil bir qurumdur və Britaniya üzv ölkə olaraq beynəlxalq hüquqa önəm verir", amma bu cür proseslər çox vaxt ölkənin hüquqi sisteminə daxil edilmir.

Sky News-a danışan Cooper əlavə edib: "Bizim mövqeyimiz odur ki, diqqət hazırda Qəzzada atəşkəs əldə olunmasına yönəldilməlidir."

Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
49
19
milli.az

10Sources