EN

İsrail “Hizbullah” obyektlərinə kütləvi zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Sur şəhərində “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail aviasiyasının hədəfi “Hizbullah”ın silahlı qanadının tərkibində fəaliyyət göstərən “Əziz” bölməsi tərəfindən istifadə edilən hərbi infrastruktur olub.

Qeyd edilib ki, “Əziz” bölməsi Sur rayonundan fəal şəkildə baza kimi istifadə edir və oradan İsrail ərazisinə atəş açır.

Chosen
15
50
publika.az

10Sources