EN

Kim haqlıdır: Taksi sürücüsü, yoxsa sərnişin? – RƏY

“Taksi fəaliyəti zamanı sifariş zamanı 5 manat qiymətləndirilən gediş haqqının ünvana çatanda 7-8 manat göstərilməsi qanun pozuntusudur”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Elməddin Muradlı deyib. Ekspert tövsiyyə edib ki, belə hallarla qarşılaşan sərnişin 141 qaynar xəttinə müraciət etsin:

“AYNA bu məsələni araşdırmalıdır. Hansı haqsızdırsa, o cəzalanmalıdır”.

Elməddin Muradlı qeyd edib ki, taksi qiymətləri ilə bağlı cəmiyyətdə narazılıqlar var:

“Sərnişinlər taksi qiymətlərinin bahalığından, sürücülər isə son günlər taksi qiymətlərinin enməsindən gileylənir. Uzaq məsafəyə aşağı qiymət təklif olunur. İki gün öncə bu məsələ ilə bağlı canlı yayım açdım, çoxlu müraciətlər oldu. Arzulanan bir vəziyyət deyil. Taksi sürücüləri ciddi şəkildə narazılıq etdi ki, qiymətlər bu şəkildə tənzimlənməsin. Səbəb də göstərirlər ki, indi daha komfortlu avtomobil alıblar, belə avtomobillə əvvəlkindən də aşağı qiymətə sərnişin daşıyırlar.

Qiymətlərin yuxarı həddi də müəyyənləşməlidir. Hər iki tərəfin əsaslı arqumentləri var. Əvvəl 10-12 min manata alınan avtomobillə 4 manata sərnişin daşıyan sürücü bu gün 25 min manata aldığı avtomobillə həmin qiymətə sərnişin daşımaq istəmir. Baxırsan ki, haqlı tərəfləri var”.

Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, qiymət sərnişini gözləməyə görə arta bilər:

“Gözləmə yoxdursa, sərnişin tələb olunan əlavə vəsaiti ödəməməlidir. Yalnız ilk razılaşdırılan rəqəmi ödəsinlər. Yox əgər sürücü əlavə qiymət tələb edirsə, o zaman sərnişin qarşı tərəfdən antiinhisar xidmətinə müraciət etmək hüququ var. Yox, bununla da razı deyilsə məhkəməyə şikayət etsin”.

Chosen
14
1
nocomment.az

2Sources