EN

İnsanların ən böyük peşmanlıqları - Altı ay ömrünüz qalsaydı...

Ömrünün sonuna çatan insanlara səkkiz ildən çox vaxt sərf edən tibb bacısı Culi Makfedin xəstələrindən eşitdiyi ən böyük üç peşmanlıqları bölüşüb...

Poliqon redaktor.az-a istinadən xəbər verir ki, onun təcrübəsi həyatda xoşbəxtlik və məna axtaranlar üçün nəyin daha vacib olduğunu anlamağa kömək edir.

Əvvəla, sağlamlıq insana verilən ən böyük nemətdir, halbuki ona kifayət qədər əhəmiyyət verilmir. Xəstələr çox vaxt sağlam bədənə sahib olduqları üçün nə qədər xoşbəxt olduqlarını dərk etmirlər, onlar sadəcə olaraq fiziki görünüşlərinə daha çox diqqət yetirmək arzusundadırlar.

İkinci peşmanlıq isə işlə bağlıdır. İnsanlar karyeralarına çox vaxt ayırırlar. Belə olduğu halda həyatda onlara zövq verən digər məşğuliyyətlərini təxirə salmalı olurlar. Bu da onların ən böyük peşmanlıq səbəblərinə çevrilir.

İnsanların özlərini daha çox günahlandırdığı məsələlərdən biri də münasibətlərdə yol verdikləri səhvlərlə bağlıdır. Xəstələr söyləyə bilmədikləri şeylərdən peşman olduqlarını, yaxınları ilə yenidən əlaqə qurmaq imkanlarını itirdiklərini, münasibətlərini öz istədikləri kimi deyil, onlardan gözlənildiyi formada yaşadıqlarını etiraf ediblər.

C.Makfedin özünüzə bu sualı verməyi təklif edir: altı ay ömrünüz qalsaydı, nəyi dəyişərdiniz? Bu sual sizə prioritetlərinizi yenidən düşünməyə və hər nə qədər bəsit görünsə də, hər andan zövq almağa, həyatınızı doya-doya yaşamağınıza kömək edə bilər.

Poliqon.info

Chosen
21
3
poliqon.info

4Sources