EN

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

ABŞ-nin avtomobil istehsalçısı "Jeep" 2025-ci ildə bazara yeni model təqdim edəcək.

hakimiyyet.az motor1.com-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Antonio Filos məlumat verib.

Avtomobil haqqında ətraflı məlumat hələlik açıqlanmayıb. Lakin məlumdur ki, yeni modeldə "Jeep 4xe" kimi hibrid elektrik sistemi olmayacaq. Bununla belə, istehlakçıların tam elektriklə işləyən avtomobillərə marağının azalmasını nəzərə alaraq, daha yaxşı sürətlənmə təmin edən starter-generatorlu "yumşaq" hibrid modelin istehsalı mümkün görünür.

Həmçinin qeyd olunur ki, yeni avtomobil üçün "Cherokee" adının yenidən istifadəyə qaytarılacağı gözlənilir. Bu ad altında avtomobillər ABŞ-də təxminən 50 il ərzində istehsal edilib, lakin 2023-cü ildə istehsal dayandırılıb.

Chosen
42
3
hakimiyyet.az

10Sources