EN

Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır

Almaniyanın xarici işlər naziri Annalena Berbok 17 illik evliliyindən sonra həyat yoldaşı, PR-menecer Daniel Holeflyayşdan boşanır.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Bild" nəşri ailənin birgə bəyanatına istinadən məlumat yayıb.

"Bir müddət əvvəl birlikdə qərar verdik ki, biz artıq cütlük deyilik", - Berbok və Holeflyayş qeyd ediblər.

Onlar nikahın pozulmasının səbəblərini açıqlamayıblar.

Xatırladaq ki, Berbok və Holeflyayş təxminən 20 il əvvəl "Yaşıllar" partiyasında işləyərkən tanış olublar. Qeyd olunur ki, Berbok karyerası, əri isə ev və uşaqlarla məşğul olurdu. Onların 9 və 13 yaşlı iki qızı var.

Chosen
26
2
hakimiyyet.az

3Sources