EN

Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?

Sürücülərdən biri iddia edir ki, avtomobilinin işıq cihazında şüşə örtüyündən ("plyonka") istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən cərimə olunub.

O bildirib ki, şüşə örtüyünü avtoservisdə yoxladıb, hər şey qaydasında olsa da, ona cərimə tətbiq olunub.

Maraqlıdır, bəs görəsən bununla bağlı qanunvericilik nə deyir?

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, istehsalçı zavod əgər sözügedən "plyonka"ları istehsal edirsə, deməli o, proses zamanı işığın paylanma dərəcəsini nəzərə alır:

"İşığın səpələnmə, düşmə bucağı aydındırsa və sürücü üçün heç bir problem yaranmırsa, bu zaman heç bir cərimə tətbiq oluna bilməz. Ümumiyyətlə, bu sahədə bizdə bəzi boşluqlar var".

Sözügedən problemlə qarşılaşan sürücülərin sayı çoxdur. Polis əməkdaşları isə bu halı qanunsuz hesab edirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev bildirib ki, nəqliyyat vasitəsinin xarici işıq cihazlarının üzərinə örtüklərin çəkilməsi onların rəng çalarlarının, işıq yayma keyfiyyətinin dəyişməsinə, ötürdüyü siqnalların, daşıdığı funksiyanın düzgün anlaşılmamasına səbəb ola bilər:

Chosen
11
11
publika.az

10Sources