ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ona qarşı işə rəhbərlik edən xüsusi prokuror Cek Smitin komandasının bütün üzvlərini işdən çıxarmaq niyyətindədir. Bu barədə “The Washington Post” (WP) öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, onlarla hüquqşünas, FTB və Ədliyyə Departamentinin əməkdaşı işdən çıxarılacaq. Trampın onları nə qədər tez işdən çıxara biləcəyi bəlli deyil. Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, Tramp 2020-ci il prezident seçkilərində saxtakarlığa dair sübutların axtarışı üçün Ədliyyə Departamentində təhqiqat qrupları yaratmağı da planlaşdırır.
Mətləb