EN

Bakıda ilk dəfə Turan E-Ticarət və İxracat Forumu keçiriləcək - PROQRAM

Azərbayanda ilk dəfə Turan E-Ticarət və İxracat Forumu keçiriləcək.

“Turan E-ticarət E-ixracat” Forumunda Brend Media ilə Güclü Təqdimat İmkanları!

FED.az xəbər verir ki, Founder Club və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə noyabr ayının 26-da Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçiriləcək. 

Turan E-Ticarət və İxracat Forumunun - PROQRAMI

FED.az xəbər verir ki, forum ölkənin iqtisadi strategiyasını gücləndirmək, elektron ticarət və ixracat sahəsində yeni perspektivlər açmaq məqsədilə təşkil olunur. Tədbirin təşkilatçıları Azərbaycan Françayzing Assosiasiyası, Founder Club və «Made in Turan» layihəsidir. «Trendyol» kimi qlobal şirkət tədbirin baş sponsorudur. 

“Azərbaycan Françayzinq Assosiasiyası”nın İdarə Heyətinin sədri Camid Mövsümovun sözlərinə görə forumda Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan şirkətləri aktiv rol alıblar. Həmçinin digər türk dövlətlərindən də qonaqlar iştirak edəcək. Tədbirə 16 ölkədən min nəfərdən artıq iştirakçının qatılması planlaşdırılır.

Forumun əsas məqsədi milli brend konsepsiyasını "Made in Turan" adı altında gücləndirmək möhkəmləndirməkdir və Türk dünyasının iqtisadi birliyini möhkəmləndirməkdir. 

Tədbirin əsas mövzuları aşağıdakılardır :

* İxrac strategiyaları və beynəlxalq bazarlara çıxış; 

* Elektron ticarətin inkişafı və rəqəmsal həllər;

* "Made in Turan" konsepsiyası altında milli məhsul və xidmətlərin tanıdılması;

* Sahibkarlar və investorlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi. Forumun Proqramı Forum çərçivəsində müxtəlif panelər və sessiyalar keçiriləcək:

* İxrac Strategiyaları: Mütəxəssislərin çıxışları və təcrübə mübadiləsi;

* E-Ticarət Həlləri: Yerli və beynəlxalq platformaların nümayəndələri ilə görüşlər;

* Təlimər: Startaplar üçün xüsusi master-klasslar və işgüzar mühitin inkişafı yolları;

* Brend Müzakirələri: "Made in Turan" brendinin perspektivləri.

Adı çəkilən forum 3 paneldən ibarət olacaq. Birinci paneldə Türk və yerli dövlət qurumlarının çıxışları yer alacaq, ikinci panel zamanı yerli şirkətlərin müzakirələrinə vaxt ayrılacaqvə sonuncu paneldə xarici şirkətlərin müzakirəsi baş tutacaq. 

Panellər zamanı e-commerce haqqında müxtəlif məlumatlar paylaşılacaq və formun spikerləri arasında tanınmış Trendyoldan, Ozon Rusiya marketlər şəbəkəsindən iştirakçılar olacaq. Tədbirin ilk panelində Dubaydan Arjun Sarkar “Dubai CommerCity”də Elektron Ticarət Həlləri və Tərəfdaşlıqdır üzrə baş direktor çıxış edəcək. İş adamlarının Dubaya açılması üçün böyük bir şansdır. Bundan başqa Gürcüstan Elektron Ticarət Assosiasiyasının sədri Lado Kandelaki spikerlər arasında yer alıb, tanınmış kargo şirkəti olan “Surat Kargo” şirkətinin baş meneceri Cem Oğuz tədbirdə spiker qismində çıxış edəcək.

Forum "Baku Marriot Hotel Boulevard" keçiriləcəkdir. Tədbirdə iştirak etmək üçün www.iticket.az saytında qeydiyyatdan keçmək tələb olunur. 

Chosen
13
fed.az

1Sources