EN

Antalyada beşulduzlu oteli su basdı: yüzlərlə insan təxliyə edildi

Türkiyənin Antalya vilayətinin Manavqat ilçəsində güclü yağışdan sonra beşulduzlu "Diamond De Luxe Hotel & Spa" otelin birinci mərtəbəsini su basıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, oteldən 500-ə yaxın insan təxliyə edilib.

Otelin sahibi Ahmet Özden qonaqları öz strukturlarına daxil olan digər otellərə yerləşdirdiklərini açıqlayıb.

Türkiyənin Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, şənbə günündən etibarən Türkiyənin 81 vilayətinin 44-də sarı və narıncı hava xəbərdarlığı elan edilib. Tufan, güclü külək olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Chosen
36
1
publika.az

8Sources