EN

Nikol öz deputatından mandatı təhvil verməsini istədi

Etiraf etməliyəm ki, parlamentdə baş verən və ictimai xarakter daşıyan, xüsusən də parlament dinləmələri zamanı olan bir sıra hadisələr istefalar və ya müraciətlər konteksti ilə birbaşa bağlıdır.

QAZÍLER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

“Hesab edirəm ki, parlamentdəki insident həqiqətən sistem baxımından qəbuledilməzdir. Düşünürəm ki, bu proseslərdə iştirak edən bütün həmkarlarıma nə qədər hörmətlə yanaşsam da, bunu cavabsız qoymaq düzgün olmazdı”, - Paşinyan bildirib.

Narek Zeynalyanın onun xahişi ilə istefa verdiyi barədə suala isə Paşinyan bu cür cavab verib:

“Deyə bilərəm ki, Argişti Kərəmyana (Ermənistan istintaq Komitəsinin istefa verən sədri – red.) necə xahiş etmişəmsə, eyni xahiş və eyni səbəblə də Narek Zeynalyan və Ovik Ağazaryana müraciət etmişəm”.

Ağazaryanın hələ də mandatından imtina etməməsi məsələsinə aydınlıq gətirən Paşinyan deyib:

“Ümid edirəm ki, xahişim cavabsız qalmayacaq. Və burada sual fərdiləşdirilməyib. Problem sistemlidir və biz dövlətimizə və onun institutlarına baxışlarımızı, münasibətlərimizi, yanaşmalarımızı mütləq yenidən nəzərdən keçirməliyik”.

Qeyd edək ki, bir müddət öncə Paşinyanın gecə ilə, Vatsap üzərindən Ermənistanın bir neçə nazir və yüksək vəzifəli məmurunu (o cümlədən Argişti Kərəmyanı) istefaya çağırdığı və onların bunu qəbul etdiyi haqda məlumat yayılmışdı.

Mülki Müqavilə fraksiyasının deputatı Ovik Ağazaryan isə rüşvətdə ittiham olunur.

Chosen
26
2
qaziler.az

10Sources