EN

Deputat: "Əli Kərimlinin xəyanətkar xisləti heç dəyişməyib"

“İki sahil”"Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirləri ilə yaratdığı yeni geosiyasi reallıq fonunda ölkəmizə qarşı vüsət alan qarayaxma və hücum kampaniyası COP29 çərçivəsində xüsusilə intensivləşmiş, o cümlədən Qərb imperializmi özünün daxildəki muzdlu marionetlərini prosesə cəlb etməklə "təzyiq mühitinin" effektini artırmağa çalışıb". 

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O bildirib ki, artıq on illərdir adı sarı mətbuat tarixinin zibilliyində olan antimilli ünsürlər, o cümlədən Əli Kərimli və onun faktiki olaraq başını çəkdiyi antimilli şura bu prosesdə xüsusi ilə canfəşanlıq göstərməkdə Azərbaycan əleyhinə başlanan istənilən kampaniyanın böyük məmnuniyyətlə iştirakçısına çevrilib:

"Özünün sosial media hesablarında belə trol yığınına və botlara ehtiyac duyan "siyasətçinin" birdən-birə ağlına belə gəlməyəcəyi Qərb media orqanlarına yol tapması heç bir faktiki və hüquqi əsası olmadan ölkə müxalifətinin "lider"i qismində təqdim olunması bir daha göstərir ki, Azərbaycan əleyhinə media və ayrı-ayrı qeyri-hökümət təşkilatları vasitəsilə həyata keçirilən qarayaxma və çirkab kampaniyasının qaynaqlandığı mərkəz məhz ölkədəki antimilli ünsürləri də birmənalı şəkildə idarə etməkdədir. 

Görünən odur ki, üzərindən üç onillik keçsə də, 90-cı illərdə hakimiyyəti zəbt edərkən nümayiş olunan xəyanətkar xislət hələ də dəyişməyib və Kərimlinin timsalında bu kəsim hakimiyyət naminə torpaqları qurban verdikləri kimi bu gün də iqtidara gəlmək kimi mümkünsüz xülya uğruna milli maraqları öz səviyyəsində satmaqdadır. 

Təsəvvür edin, bu adam Ermənsitanın özünün havadarlarının patronajı altında Azərbaycana qarşı törətdiyi çoxsaylı cinayətlərə, o cümlədən Qərb imperializminin, konkret olaraq ABŞ və Fransanın Azərbaycanın milli maraqlarını hədəfə alan açıq təcavüzkar siyasət fonunda bir dəfə də olsun tənqidi ruhda çıxış etməmiş əksinə Qərbin tezisləri ilə bütün baş verənlərdə Azərbaycanı günahlandırmağa köklənib". 

Millət vəkili qeyd edib ki, Azərbaycana münasibətdə zaman-zaman baş qaldıran hücum dalğalarının tezisləri eynilə Kərimli və onun "silahdaşlarının" sosial media çirkabının mərkəz tezisinə çevrilir:

"Bu isə açıq şəkildə satqınlıq və milli mənafelərə xəyanətdir. Kərimli də, onun "tərəfdarları" da yaxşı başa düşür ki, bir siyasətçi kimi ölkədə, hətta müxalifət cameəsində belə ciddi qəbul olunmur, seçkilərdən davamlı şəkildə yayınmaqla özü də başa düşdüyünü etiraf edir ki, hər hansı formada hakimiyyətə gəlmək şansları yoxdur. Bu mənada siyasi gündəmdə Qərb imperializminin tezislərini virus şəklində yaymaqla parazit kimi onların hesabına ayaqda qalmağa çalışır".

Chosen
30
cebheinfo.az

1Sources