EN

Kupyanskda QIRĞIN gedir: xəndəklər qazılıb, atəş nöqtələri betonlaşdırılıb... - CANLI

Rusiya qoşunları Kupyansk şəhərinə çatıb və indi ən şiddətli döyüşlər cəbhənin bu istiqamətində gedir. Musavat.com xəbər verir ki, Kupyansk Xarkov vilayətində Ukrayna ordusunun bütün cəbhədə müdafiəsi üçün ən mühüm dayaq məntəqəsidir. Kupyansk Ukraynanın şərqində, Rusiyanın Belqorod vilayətindən təxminən 70 kilometr məsafədə yerləşən regional mərkəzdir. Şəhər böyük dəmir yolu mərkəzi olduğu üçün böyük strateji əhəmiyyətə malikdir.

Rusiya Kupyansk və onunla birlikdə İzyum, Balakleya və Krasnı Liman kimi şəhərləri müharibənin ilk aylarında ələ keçirməyə nail olmuşdu. 2022-ci ilin sentyabrında Ukrayna Silahlı Qüvvələri cəmi üç gün ərzində Xarkov vilayətinin demək olar ki, bütün ərazisindən rus qoşunlarını sıxışdırıb çıxara bildi. Rusiya ordusu mühasirəyə düşmək və məhv olmaq təhlükəsindən qaçaraq tələsik geri çəkilməli oldu.

Kupyanskı yenidən işğal olunarsa, Ukrayna ordusunun cəbhənin bu istiqamətində mövqeyini xeyli çətinləşcək. Lakin onun ələ keçirilməsi asan olmayacaq, çünki Rusiya mənbələrinə görə, Ukrayna burada güclü istehkam sistemi qurmağa nail olub. Burada çoxsaylı xəndəklər qazılıb, atəş nöqtələri betonlaşdırılıb, binaların birinci mərtəbələri müdafiəyə hazırlanıb.

Rusiya qoşunları isə əsasən Kupyanskın kənarında möhkəmlənməyə çalışır. Ukrayna ordusunun Baş Qərargahı şəhərin şərq hissəsində rus qoşunlarının olduğunu etiraf edir.

Kupyansk Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri üçün əsas şəhərlərdən biridir. Şəhər onu iki yerə bölən və təbii müdafiə xətti kimi xidmət edən Oskol çayı üzərində yerləşir. Rusiya müharibə başlayandan iki həftə sonra şəhəri ələ keçirmişdi, amma 2022-ci ilin payızında Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı Kupyanskı yenidən nəzarətinə qaytara bildi.

Rusiya hərbi ekspertlərinə görə, şəhərin itirilməsi Xarkov vilayətindəki vəziyyəti kökündən dəyişə bilər, Kupyansk bütün region üçün mühüm müdafiə nöqtəsi hesab olunur.

O səbəbdən Ukrayna ordusunun Kupyanski mümkün qədər uzun müddət müdafiə etmək niyyətindədir. Taktiki baxımdan onun işğalı Ukrayna ordusunu təchizat marşrutlarından və Oskolun sağ sahilinə çəkilməyə məcbur edəcək. Rusiya kəşfiyyatı Ukrayna ordusunun böyük bir qrupunun Kupyanskda cəmləşdiyini iddia edib.

KXDR hərbçiləri artıq işğal olunmuş Mariupolda və Xarkov vilayətinin rusların ələ keçirdiyi ərazilərindədir. “CNN” Ukrayna Təhlükəsizlik Xidmətindəki adını çəkmədiyi mənbəyə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, koreyalı “texniki məsləhətçilər” Mariupola gəliblər, lakin onların səfərinin məqsədi bəlli deyil. Koreyalılar rus hərbi forması geyinsələr də, qarşılıqlı əlaqədə olduqları rus bölmələrindən ayrı qalırlar: "Rusiya sıralarında olan digər əcnəbi döyüşçülər bölmələrlə qarışsa da, Şimali Koreyalılar ayrı saxlanılır - onların öz mənzilləri, yeməkləri, musiqiləri və filmləri var".

Şimali Koreya əsgərləri Xarkov vilayətində də görünüb. Xarkovdakı hərbi hissələr birliyinin nümayəndəsi Yevgeni Romanovun sözlərinə görə, radio dinləmələri koreyalıların mövcudluğundan xəbər verir. Ərazidəki 153-cü briqadanın komandiri Nazari Kişak da bu məlumatı təsdiqləyib: “Görürəm ki, onlar hissələrə bölünür, döyüş hissələrini gücləndirir, ön xəttə az sayda qüvvə toplayırlar”.

Lakin çox keçməmiş Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko öz “teleqram” kanalında bu məlumatları təkzib edib. O qeyd edib ki, Xarkov vilayətində Rusiya Federasiyasının tərəfində döyüşən Şimali Koreya hərbi qulluqçuları qeydə alınmır: “KXDR-dən olan hərbçilərin bir hissəsi Belqorod vilayətinin sərhəd bölgələrinə köçürülüb, onlar Xarkov vilayətində yoxdurlar”.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla yeni eskalasiyanı müzakirə edir.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Chosen
12
musavat.com

1Sources