EN

Tərlan Novxanı Moskvada klip çəkdirir? - AÇIQLAMA

Məşhur müğənni Tərlan Novxanı bir müddətdir Rusiyadadır.

Sənətçinin sosial şəbəkələrdə son paylaşımlarının Moskva şəhərindən olması diqqət çəkir. Nəticədə, uzun müddətdir vətəndən kənarda olan Tərlan Novxanı barədə yeni klip iddiaları yayılıb. Onun pərəstişkarları sevilən ifaçının Rusiyada yeni klip çəkdirdiyini düşünməyə başlayıblar.

Bəs bu iddia nə dərəcədə doğrudur? Tərlan Novxanı Rusiyada klip çəkdirir?

Bu suala cavab tapmaq üçün sənətçinin özü ilə əlaqə saxladıq. Tərlan Novxanı Hit.az-a açıqlamasında Rusiya səyahətinin nəzərdə tutduğundan çox çəkdiyini etiraf edib:

"Əslində, 21 və ya 22 noyabrda Bakıya qayıtmağı nəzərdə tutmuşdum. Lakin bu ayın axırına qədər Rusiyada bir neçə tədbirə və məclisə dəvət olundum. Ona görə də Azərbaycana qayıtmağımı dekabrın əvvəlinə təxirə saldım".

O, yeni klip və duet ehtimalı barədə də danışıb:

"Moskvada klip çəkdirmək barədə hələ tam dəqiq qərarım yoxdur. Lakin vaxt qalsa, burada müəyyən görüntülər çəkərək sonra hansısa klipə yerləşdirə bilərik. Yeni mahnılar və duetlər isə tezliklə olacaq. Nə qədər varamsa, həmişə yeniliklərim olacaq. Əsas odur ki, canımız sağlam olsun. İnşallah yaxın gələcəkdə yeni duet və mahnılar təqdim edəcəyəm".

Pərviz Şimşək

Chosen
25
hit.az

1Sources