EN

Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazıdır

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətin hərəkətlərindən narazılığını bildirib.

“Heç kim müxalifətdən razı deyil - nə mən, nə də əhali, çünki müxalifət başqa şeyə hazırlaşırdı. Biz nizamnaməyə (müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə islahat planı – red.) uyğun fəaliyyət planını bilirdik, hansı qanunlar qəbul olunmalı, növbəti seçkilərə necə getməli idik”, - Zurabişvili bildirib.

Prezidentin qeyd etdiyi kimi, siyasi partiyalar küçə etirazlarına yox, seçkilərə hazırlaşırdılar. "Daha çox koordinasiya olmalıdır, bu, insanların tələbidir", - deyib.

QAZÍLER.AZ Lent.az-a  istinaden bildirir ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası” 53,93 faiz səslə qalib gələrək qanunverici orqanda 150 yerdən 89-unu qazanıb.

5 faizlik baryeri dörd müxalifət partiyası – “Dəyişiklik üçün Koalisiya”, “Birlik – Milli Hərəkat”, “Güclü Gürcüstan” və “Gürcüstan Naminə Qaxariya” keçib. Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkinin nəticələrini tanımaqdan imtina edib və mandatlarından imtina edəcəklərini bildiriblər. Müxalifət liderləri noyabrın 4-dən təkrar seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirirlər.

Həmçinin, seçkilərdən əvvəl müxalifətin “Gürcü arzusu” üzərində birgə qələbə qazanacağı təqdirdə “Gürcüstan Xartiyası”nın – vahid planının təşəbbüskarı olan ölkə prezidenti Salome Zurabişvili də səsvermənin nəticələrini saxta hesab edir. Bundan əvvəl o, Gürcüstanın Konstitusiya Məhkəməsinə müraciət edərək parlament seçkilərinin Konstitusiyaya zidd elan edilməsini tələb edib.

Chosen
42
45
qaziler.az

10Sources