EN

Volodin: "Bayden, Makron və Şolz başa düşməlidirlər ki,..."

"Rusiya şəhərlərinə hücumlar həyata keçirilərsə, buna cavab vermək lazımdır".

Bakıvaxtı.az "Rusiya-24" telekanalına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, Rusiya şəhərlərinə hücumlar həyata keçirilən zaman buna cavab veriləcək:

"ABŞ prezidenti Co Bayden, onun Avropadakı dostları Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz başa düşməlidirlər ki, Rusiya özünü qoruyacaq. Vəziyyət həqiqətən çətindir, amma biz prezidenti dəstəkləyəcəyik. Öz növbəmizdə əlimizdən gələni edəcəyik ki, ölkəmiz nəinki özünü qoruya, həm də sabit inkişafı təmin edə bilsin".

Gülşən Şərif

Chosen
14
bakivaxti.az

1Sources