EN

Yük təyyarələrində bioyanacaqdan istifadə ediləcək

“Silkway West Airlines” şirkətinin təyyarələrində ənənəvi yanacaqla yanaşı bioloji yanacaqdan (Sustainable Aviation Fuel – SAF) da istifadə edilməsi nəzərdə tutulur.

FED.az xəbər verir ki, bu barədə aviaşirkətin prezidentinin ətraf mühit məsələləri üzrə müşaviri Kamran Babayev məlumat verib.

Onun sözlərinə görə, bu yaxınlarda Dövlət Mülki Aviasiya Agentliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında dayanıqlı aviasiya yanacağı sahəsinə dəstək, potensialın artırılması və təlimlərin təmini üzrə “ACT-SAF” tərəfdaşlıq sənədi imzalanıb. “Sənədə müvafiq olaraq Yol Xəritəsi hazırlanacaq ki, gələcəkdə biz də bioloji yanacaq istifadə edə bilək. Bizim donanmamız 15 yeni nəsil (Boeing-777 və Boeing-747) təyyarələrdən ibarətdir. Gələn il təyyarə parkının daha iki Airbus-350F təyyarələri ilə artırılacağı gözlənilir. Tədricən bioloji yanacağı öz əməliyyatlarımıza daxil edəcəyik”, - Kamran Babayev əlavə edib. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)

Chosen
8
2
fed.az

3Sources