EN

Dövlət Xidməti tərəfindən Dövlət Aqrar Universitetinin tələbələri üçün seminar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə Aqrar iqtisadiyyat fakültəsinin bir qrup tələbəsi üçün seminar keçirilib.

Vətəninfo.az xəbər verir ki, seminarda Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev “Keyfiyyət infrastrukturu sahəsinin iqtisadi inkişafda rolu və bu sahədə görülmüş işlər” mövzusunda təqdimatla çıxış edib. İlk olaraq keyfiyyət infrastrukturunun quruluşu və obyektləri barədə məlumat verilib, müvafiq sahədə normativ-hüquqi baza və qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.

Bundan əlavə, icrası davam edən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın ölkə keyfiyyət infrastrukturunun təkmilləşdirilməsində rolundan bəhs olunub. Proqram çərçivəsində Dövlət Xidməti tərəfindən hazırlanan milli texniki reqlament layihələri barədə məlumat verilib, ölkədə texniki tənzimləmə sisteminin qurulmasının əhəmiyyəti, insan həyat və sağlamlığı üçün müsbət təsirləri vurğulanıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Chosen
11
3
veteninfo.az

4Sources