EN

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə müavinlər təyin edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov birinci müavin, İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədov müavin təyin olunub.

Bu münasibətlə ADSEA-da iclas keçirilib və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təyin olunan müavinlər kollektivə təqdim edilib.

Chosen
10
30
day.az

10Sources