EN

İqlim maliyyəsi üzrə razılıq əldə etmək olduqca zəruridir - Maykl Ceykobs

Mən COP konfranslarda 2007-ci ildən başlayaraq iştirak edirəm. Bu COP konfransları çox qəribə şəkildə keçir. Məlum bir faktdır ki, COP konfransları ikinci həftənin beşinci  günündə bitməlidir, halbuki heç zaman vaxtında bitmir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında COP29-da iştirak etmək üçün ölkəmizə gələn Birləşmiş Krallığın İnside Story onlayn jurnalının nümayəndəsi Maykl Ceykobs söylədi.

“Halbuki, burada ən qəribə məqam prosesin özüdür. Biz burada birbaşa danışıqları nəzərdə tuturuq. Yəni, ölkələrin nümayəndə heyətləri aralarında birbaşa danışıqlar aparıb razılıqlar əldə edirlər. Tərəflər öz istədiklərini Sədrliyinə çatdırır, Sədrlik isə razılığın nə olduğunu ortaya çıxarmağa çalışır. Bu olduqca çətin prosesidr. Çünki birbaşa danışıqlar aparmaq əvəzinə danışıqlar başqasının vasitəsilə aparılır. Nə hiss edəcəyimi bilmirəm, çünki burada hamı razılıq əldə olunmasını istəyir. Bütün ölkələr bilir ki, razılığın əldə olunmaması dəhşətli bir hala gətirib çıxara bilər”,- deyə həmsöhbətimiz bildirdi.

O qeyd etdi ki, Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib və çox güman ki, ölkəni yenidən Paris Sazişindən çıxaracaq: "İnkişaf etmiş ölkələrdə, bəzi inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinin baş vermədiyini düşünən və BMT-nin iqlim rejiminin dağılmasının müşahidə etməkdən məmnun olacağ çoxlu sayda sağçı siyasətçilər. Bu insanlar iqlim fəaliyyətinə daha az töhfə verəcəklər”.

Həmsöhbətimiz vurğuladı ki, bu xüsusda iqlim maliyyəsi üzrə razılıq əldə etmək olduqca zəruridir. Paris Sazişi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr ( NDC) konsepsiyasını təqdim etdi. Yeni NDC-lər 2025-ci ildə təqdim olunacaq və sözügedən vəsait də məhz bunlara xərclənəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
25
ikisahil.az

1Sources