EN

Ekspert hansı sistemlərin “Oreşnik”i məhv edə biləcəyini izah edib

Kreml hesab edir ki, Rusiyanın “Oreşnik” ballistik raketlərinin qarşısını almaq mümkün deyil. Buna qadir olan zenit sistemləri var.

Oslo Nüvə Layihəsinin tədqiqatçısı Fabian Hoffmann “CNN”-ə izah edib ki, “Oreşnik” ballistik raketləri toxunulmaz deyil. Ekspertin qeyd etdiyi kimi, bir neçə müasir raket əleyhinə sistemlər bu cür raketləri effektiv şəkildə ələ keçirə bilir. "Aegis və ya Aegis Ashore-dan olan SM-3 və çox güman ki, Arrow 3 və THAAD (Terminal High Altitude Area Defense) kimi sistemlər bu cür təhlükənin tamamilə öhdəsindən gələ bilərlər," - Fabian bildirib.

Hərbi analitik qeyd edib ki, bütün döyüş başlıqlarını vurmaq üçün çoxlu sayda tutma qurğusu lazım olduğu üçün iqtisadi amil ələ keçirməyin özündən daha böyük problemdir.

Xatırladaq ki, noyabrın 21-də Rusiya “Oreşnik” orta mənzilli qitələrarası ballistik raketi ilə Dnepri vurmuşdu.

KİV-in məlumatına görə, Kiyev artıq Vaşinqtonla bu cür hücumları dəf edə biləcək hava hücumundan müdafiə sistemi əldə etmək imkanları ilə bağlı danışıqlara başlayıb.

Almaz Həsənli

Chosen
89
32
oxumeni.az

10Sources