EN

Aİ Nigerdən səfirini məsləhətləşmələr üçün geri çağırdı

Avropa İttifaqının (Aİ) xarici siyasət xidməti Nigerdəki diplomatik missiyanın rəhbərini məsləhətləşmələr üçün geri çağırıb. 

Qaynarinfo xəbər verir ki, qərar humanitar yardımın tədarükü ilə bağlı ölkə hökuməti ilə fikir ayrılıqları səbəbindən qəbul edilib.

"Buna görə də Aİ Niameydəki (Nigerin paytaxtı-red.) səfirini Brüsseldə məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", deyə Aİ nümayəndəsi bildirib. 

Diplomatın nə vaxt qayıdacağı məlum deyil.

Dünən, noyabrın 22-də Niger Aİ səfirini rəsmi orqanlara əvvəlcədən xəbərdarlıq etmədən qeyri-hökumət təşkilatlarına 1,3 milyon avro (1,35 milyon dollar) humanitar yardım paylamaqda ittiham edib. Niger bu vəsaitlərin necə bölüşdürülməsinin auditini tələb edib.

2023-cü ilin yayında Nigerdə ​​hərbi çevriliş baş verib. Bundan sonra Niger Qərb ölkələri, o cümlədən Fransa ilə münasibətləri kəsməyə başlayıb və hakimiyyət də Aİ ilə iki müdafiə sazişindən imtina edib. 2024-cü ilin martında Niger hökuməti Birləşmiş Ştatlarla hərbi əməkdaşlıq sazişini dərhal dayandırdığını elan edib.

Aydın
Chosen
14
qaynarinfo.az

1Sources