EN

Laçındakı zəlzələnin GÖRÜNTÜSÜ: Dağındı oldu? RƏSMİ AÇIQLAMA - VİDEO

Xəbər verdiyimiz kimi, Laçında 4,5 bal gücündə zəlzələ olub.

Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə baölı açıqlama yayıb.

"Azərbaycanda 4,5 bal gücündə zəlzələ olub.Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda deyilir.

Zəlzələ anının görüntülərini təqdim edirik: 

Chosen
15
3
bizimshow.az

10Sources