EN

Azərbaycan COP29-da yüksək təşkilatçılıq nümayiş etdirdi -

Azərbaycan logistik baxımdan COP29-un təşkilatçılığında ən yüksək səviyyə nümayiş etdirib və mühüm danışıqların keçirilməsini asanlaşdırıb.Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank bildirib.Onun sözlərinə görə, COP29 iştirakçıları iqlim dəyişikliyi ilə bağlı bir çox mühüm məsələlər, xüsusilə qlobal istiləşməyə qarşı mübarizə barədə fikir mübadiləsi aparıblar.F.Varank diqqətə çatdırıb ki, Türkiyə COP29-da yüksək səviyyədə təmsil olunub, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, konfransda nazirlər, deputatlar, rəsmilər, akademik dairələr və QHT-lərin nümayəndələri iştirak ediblər.

Nazir müavini, həmçinin bildirib ki, COP29-da Türkiyə pavilyonunda təxminən 60 panel müzakirəsi keçirilib və burada ölkənin iqlim dəyişikliyinə qarşı mübarizədə həll yolları və hədəfləri barədə məlumat verilib, həmçinin ebru (su üzərində rəsm texnikası) və keramika üzərində rəsm kimi ənənəvi incəsənət növləri təqdim edilib.

Chosen
20
6
metbuat.az

7Sources