EN

Xəstəxanada dəhşətli hadisə: Xəstənin gözləri yoxa çıxdı

Hindistanda böyük əks-səda doğuran hadisə olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın Bihar əyalətində silahlı hücumda ölən kişinin nəşi morqdan ailəsinə təhvil verilərkən sol gözünün yoxa çıxdığı diqqət çəkib. 

Ailə meyitin yanında cərrahi bıçaq tapdıqlarını, gözün oğurlandığını iddia edərək polisə şikayət ediblər.Onlar xəstəxana işçilərini günahlandırıb. 

Xəstəxana həkimləri ailənin ittihamlarına qarşı açıqlama verib və itkin gözün siçanlar tərəfindən dişlənmiş ola biləcəyini müdafiə ediblər. Lakin bu müdafiə nə ailəni, nə də ictimaiyyəti qane edib. 

Hadisə rezonans doğurduqdan sonra xəstəxana rəhbərliyi ətraflı araşdırmağa başlanıldığını açıqlayıb.Təhlükəsizlik kameraları yoxlanılacaq,  həkimlərin ifadələri alınacaq. 

Fidan
Milli.Az

Chosen
23
1
milli.az

2Sources