EN

Göygöldə əsrlərdir yaşadılan sənət: Usta işin sirlərini açdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Xalqımızın ən qədim sənət növlərindən biri də çəlləkçilikdir".
Göygöl rayon sakini Çingiz Şükürov tariximizin yüzilliklərindən bəri gələn bu sənəti yaşadır.
2007-ci ildən çəlləkçiliklə məşğul olduğunu deyən Çingiz usta bu sənəti atasından öyrəndiyini söyləyib:
"Bu sənət bizə almanlardan qalıb. Yaxınlığımızda olan zavodda bu işlə məşğul olurdular. İndi də kim istəsə, ona çəlləkçiliyi öyrədirəm".
Onun sözlərinə görə, çəlləklər əsasən palıd ağacından hazırlanır:
"Bu ağac su dəydikcə şişir, quru qaldıqda dağılır. Ona görə də az da olsa, çəlləyin içində su saxlamaq lazımdır".
Usta çəlləyin hazırlanma qaydasını izah edib. O bildirib ki, palıd ağacından hazırlanan taxtalar dairəvi formada yığılır. Daha sonra taxtalar su ilə isladılır və çəlləyin içərisində ocaq qalanır. Buxar vasitəsilə taxta yumşalır. Su ilə taxta isladılıb buxarda yumşaldılarkən kəmərlə sıxılır. Nəticədə çəllək hazır vəziyyətə gətirilir.
Çəlləyin qiyməti isə tutumuna görə 50 manatdan 500 manata kimi alıcılara təklif edilir.
Daha ətraflı Baku TV-nin süjetində:
Chosen
15
oxu.az

1Sources