EN

ICAPP: Qlobal və siyasi cazibə mərkəzi Qərbdən Şərqə doğru dəyişir

"Qlobal və siyasi cazibə mərkəzi Qərbdən Şərqə doğru sürüşür". 

HİT.az xəbər verir ki, bu barədə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) qəbul etdiyi bəyannamədə deyilir.

ICAPP-ın həmsədri və xüsusi məruzəçisi və Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyn Seyid deyib: "Qlobal və siyasi cazibə mərkəzi Qərbdən Şərqə doğru dəyişir, bu proses indi geri dönməz kimi görünür".

Noyabrın 21-də Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Qərb sivilizasiyasının beş yüz illik hökmranlıq dövrü başa çatıb, dünya iqtisadiyyatının mərkəzi Şərqə keçib və növbəti əsr Avrasiya əsri olacaq. Onun fikrincə, Asiya ölkələri daha da güclənib və sübut ediblər ki, onlar “müstəqil iqtisadi və siyasi güc mərkəzləri kimi mövcud olmaq və özlərini saxlamaq” iqtidarındadırlar.

Noyabrın 22-də Boliviyanın keçmiş prezidenti Evo Morales bildirib ki, ABŞ artıq dünyanın ağaları deyil, bu gün yeni dünya nizamı yaranır.

Samir

Chosen
44
50
hit.az

10Sources