EN

Bu bank Rusiya və Belarus vətəndaşlarına xidməti DAYANDIRDI

Dünyanın ən böyük banklarından biri, Böyük Britaniyaya məxsus HSBC bankı Rusiya və Belarusdan olan fiziki şəxslərdən ödənişlərin qəbulunu dayandırır.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, bank müştərilərə qadağanın fərdi müştərilərə və hər iki ölkədən daxil olan əməliyyatlara şamil ediləcəyi barədə xəbərdarlıq göndərib.

2023-cü ilin yayından etibarən HSBC artıq Honkonq filialından Asiya ilə əməliyyatlar üçün istifadə edən Rusiya şirkətləri üçün ödənişlərə xidmət göstərməyi dayandırıb. Məhdudiyyətlər Amerika rəsmilərinin Honkonqa səfərindən və Rusiyaya sanksiya tətbiq edilən malların tədarükünü dayandırmağı tələb etdikdən sonra tətbiq edilib.

HSBC yeni ödəniş qadağasının səbəblərini açıqlamayıb, lakin qərar ABŞ-ın Rusiyaya qarşı maliyyə sanksiyalarını sərtləşdirərək 50 Rusiya bankını, o cümlədən dövlət "Qazprombank"ı qara siyahıya saldıqdan bir gün sonra verilib.

Sanksiyalara dair açıqlamada ABŞ Xəzinədarlığı bütün dünya üzrə kredit təşkilatlarına Rusiyanın “SWIFT analoqu” - Rusiya Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sistemi (SPFS) ilə əməkdaşlıq üçün mümkün cavab tədbirləri barədə xəbərdarlıq edib. 2024-cü ilin yayından etibarən SFPS Avropa sanksiyaları altındadır. Rusiya Mərkəzi Bankının məlumatına görə, 20 ölkədən bankların qoşulduğu sistem sanksiyalar məhdudiyyətlərindən yayınmaq üçün istifadə olunur.

Ukraynaya qarşı müharibədən əvvəl Rusiyada bank filialına malik olan HSBC-yə qarşı Amerika hakimiyyət orqanları tərəfindən uzun müddətdir iddialar var: bank daha əvvəl Meksikadakı törəmə şirkəti vasitəsilə çirkli pulların yuyulmasına görə 2 milyard dollar cərimələnmişdi.

2022-ci ilin may ayında HSBC Rusiyadakı işini dayandırdığını elan etdi. İki il sonra bank Rusiyadakı törəmə bankını “Expobank”a satdı.

Musavat.com

Chosen
17
musavat.com

1Sources