EN

Ən az inkişaf etmiş ölkələr bloku Qlobal Şimalın danışıqlar apara bilməməsinə görə demarşa hazırdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ən az inkişaf etmiş ölkələrin nümayəndələri yeni kollektiv kəmiyyət hədəfi üzrə danışıqların nəticələri ilə açıq şəkildə razılaşmadıqlarını bildirirlər.
"Report" xəbər verir ki, bu barədə "ANewz" telekanalı məlumat yayıb.
Onlar təklif olunan mətni tənqid edərək bildiriblər: "Bizim prioritetlərimiz nəzərə alınmayıb. Hazırda biz bu mətn üzərində işləyə bilmərik".
İnkişaf etməkdə olan ölkələr təşkilatından Boliviya nümayəndəsi bənzər mövqeli kəskin çıxış edərək, rəqəmləri qeyri-adekvat və təhqiramiz adlandırıb:
"250 milyard dollar zarafat deyil, bu təhqirdir. Hətta 300 milyard dollar da qəbuledilməzdir. Bu rəqəm azı 500 milyard dollar olmalıdır", - telekanal nümayəndə heyətinin sözündən sitat gətirib.
Hindistan da Boliviyanın mövqeyinə qoşularaq, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəmək üçün yeni kollektiv kəmiyyət hədəfinin ildə azı 500 milyard dollar olması üzərində təkid edib.
Afrika bloku da bundan oxşar məyusluğunu ifadə edərək, təkliflərinin nəzərə alınmadığını vurğulayıb. Nümayəndələrdən biri əsas tələbləri təkrarlayaraq, layihədən açıq narazılığını bildirib.
Chosen
22
6
oxu.az

10Sources