EN

Ailə qurarkən dedilər ki, bir ildən sonra ayrılacaqlar - Doğuş

Aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuş "Bize-bize" verilişində şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Doğuş bu sözləri deyib:

"Ailə qurarkən dedilər ki, bir ildən sonra ayrılacaqlar. İki il davam etməz. O zaman övladlarım dünyaya gəldi. Dedilər ki, uşaqlarının bir-iki yaşı olanda ayrılacaqlar. Boşananda nə olur? Uşaqlara yazıq olmazmı, onlar atasız böyüsünlər?! Mən onsuz da ata və anasız böyümüşəm. Ailə müqəddəsdir. Xoşbəxtəm və Allah ayrılıq yazdıysa, pozsun. Təbii ki, hər şey qismətdən asılıdır. Övladlarım mənsiz qala bilmirlər. Xüsusilə də Arın...Övladlarıma çox bağlıyam".

Qeyd edək ki, cütlüyün iki əkiz övladı var.


Müəllif: Rəqsanə Həsənova
Chosen
37
teleqraf.com

1Sources