EN

Putin qərar verdi - Bu hərbçilərin kredit borcu silinəcək

Hərbi qulluqçular da icra rüsumunu ödəməkdən azaddırlar.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyatınbəzi iştirakçılarına və onların arvadlarına 10 milyon rubla qədər vaxtı keçmiş kreditləri silməyə icazə verən qanun imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub .


Qanun səfərbər edilmiş əsgərlərin, çağırışçıların (hərbi məktəblərin və ali məktəblərin kursantları istisna olmaqla) və Rusiya Federasiyası Silahlı Qüvvələrində 2024-cü il dekabrın 1-dən ən azı bir müddətə xidmət etmək üçün müqavilə bağlamış digər vətəndaşların kredit müqavilələri üzrə öhdəliklərinə xitam verir.

2024-cü il dekabrın 1-dək borcun tutulması haqqında məhkəmə aktı qanuni qüvvəyə minmiş və icra icraatı başlanmış kreditlər silinə bilər. Bu halda, kredit öhdəliklərinin məbləği 10 milyon rubldan çox olmamalıdır.

Bununla belə, vətəndaşın həyatına və ya sağlamlığına dəymiş ziyanın ödənilməsi (o cümlədən, ailə başçısının ölümü), korrupsiya hüquqpozmalarına görə icra icraatı dayandırılmayacaq. Bu qərar alimentə də şamil edilmir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
25
turkustan.az

1Sources