Türkiyə Superliqasında 13-cü turun oyunları keçirilir.
Musavat.com xəbər verir ki, hazırda yarışa başçılıq edən son çempion "Qalatasaray" səfərdə "Bodrum"la qarşılaşıb.
İlk hissənin sonlarında meydan sahibləri azlıqda qalıblar. "Cim-Bom" say üstünlüyündən yalnız 54-cü dəqiqədə yararlanıb. Batşuayinin dəqiq zərbəsi "aslanlar"a qələbə qazandırıb - 0:1.
Hazırda "Qalatasaray" 34 xalla yarışın vahid lideridir. Onun ən yaxın izləyicisi "Fənərbağça" 5 xal geridədir. "Bodrum" isə 11 xalla 16-cı pillədə qərarlaşıb.