Xəbər verdiyimiz kimi Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar iclası keçirilib.
Bizim.Media xəbər verir ki, plenar iclaslarda hazır olan qərar və nəticə layihələri qəbul edilib.
İclasda iştirak edən müxtəlif ölkələrin nümayəndələri COP29-da qəbul edilmiş qətnamələri alqışlayaraq dəstəkləyiblər.
Qeyd edək ki, iclasın yekununda Paris Sazişinin 6-cı maddəsi qəbul edilib və nəticədə əsasən yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatdığı elan olunub.
O cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub. Bu isə Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.
Bizim.Media