EN

ABŞ prokurorları Trampa mane olmağa hazırlaşırlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Demokratlar Partiyasının güclü olduğu ABŞ-nin 6 ştatının baş prokurorları prezident seçkisində qalib gələn Donald Trampın qeyri-qanuni miqrantları kütləvi şəkildə ölkədən deportasiya etməsinin qarşısını almağa hazırlaşırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" yazır.
Bildirilir ki, Demokrat baş prokurorlar Trampın qeyri-qanuni mühacirləri kütləvi şəkildə deportasiya etməsinin qarşısını almaq üçün çoxlu sayda məhkəmə iddiaları hazırlayırlar.
Onların fikrincə, Trampın miqrantların kütləvi deportasiyası planlarını həyata keçirməsi ilə ən azı 4 milyon ailə ayrılacaq.
Nəşrdə yalnız beş ştatın - Nyu-Meksiko, Nyu-Cersi, Kolorado, Kaliforniya və Massaçusetsin adları qeyd olunur.
Chosen
5
1
oxu.az

10Sources