EN

"Mançester Siti" öz meydanında darmadağın oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında XII tur 7 oyunla start götürüb.

Axar.az xəbər verir ki, turun mərkəzi görüşü son çempion "Mançester Siti" ilə "Tottenhem" arasında keçirilib.

"Şəhərlilər" gözlənilmədən evdə böyük hesabla uduzublar. Qonaqlar Pep Qvardiolanın komandasının qapısından 4 cavabsız top keçiriblər. London klubunun heyətində Ceys Meddison (2), Pedro Porro və Brennan Conson fərqləniblər.

Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

"Lester" - "Çelsi" - 1:2

"Arsenal" - "Nottingem" - 3:0

"Bornmut" - "Brayton" - 1:2

"Fulhem" - "Vukverhempton" - 1:4

"Aston Villa" - "Kristal Pelas" - 2:2

"Everton" - "Brentford" - 0:0

Qeyd edək ki, hazırda turnir cədvəlinə 11 oyundan 28 xal toplayan "Liverpul" başçılıq edir. "Mançester Siti" 23 xalla 2-cidir. "Çelsi" və "Arsenal" isə hərəyə 22 xalla 3-4-cü yerləri bölüşdürür.

Chosen
16
1
axar.az

6Sources