EN

Dövlət Vergi Xidməti məlumat yaydı

Cari ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 104,4 faiz əməl edilib.

Dövlət Vergi Xidmətindən Millli.Az-a bildirilib ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 9 milyard 551,4 milyon manatdan artıq olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,9 faiz artıb.

Ödənilən vergilərin 67,5 faizi qeyri-neft-qaz sektorunun, 32,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

Milli.Az

Chosen
30
14
milli.az

10Sources