EN

Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb

Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə noyabrın 23-dən 24-ə keçən gecə Şəki şəhəri, M. Hüseynzadə küçəsi, 40 ünvanında baş verib.

2003-cü il təvəllüdlü Süleyman Rəcəb oğlu Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında ailə üzvləri tərəfindən aşkarlanıb.

Hadisə yerinə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası cəlb olunub.

İlkin müayinə və baxış zamanı 21 yaşlı S. Mustafayevin dəm qazından boğularaq öldüyü məlum olub.

S. Mustafayevin ölümünün səbəbinə dəqiqləşdirmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
25
17
seher.media

10Sources