EN

Sevgilisini 1 milyonluq şantaj edən tiktoker həbs edilib

Hədə qorxu ilə 1 milyon manata yaxın pul tələb edən məşhur tiktoker həbs olunub...

Poliqon xəbər verir ki, "Beniz" ləqəbli məşhur tiktoker həbs olunub.

Mlumata görə, bu gün 1987-cu il təvəllüdlü Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar. (Unikal)

Poliqon.info

Chosen
1
35
poliqon.info

10Sources