EN

“Azərbaycanın buna nail ola biləcəyinə şübhə ilə yanaşırdılar”

Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib.

Demokrat.az COP29-un saytına istinadla xəbər verir ki, Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.

Bu, əvvəlki mətn layihəsi ilə müqayisədə 50 milyard dollar artım deməkdir və COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin məhsuludur.

Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.

Bundan başqa, COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon dollara çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard dollar azaltmaq potensialına malikdir.

COP29, eyni zamanda, İtki və Zərər Fondunu işə salmağa və Fondun 2025-ci ildə pul vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq olub.

COP29 Prezidenti Muxtar Babayev deyib:

Chosen
4
4
demokrat.az

5Sources