EN

Taksi qiymətləri ARTACAQ — AÇIQLAMA

"COP29-dan sonra taksi qiymətlərinin bahalaşması ehtimalı var. Çünki tədbir zamanı və ya sonrasında şəhərdəki nəqliyyat sıxlığının artması, ekoloji standartlara uyğun yeni avtomobillərin istifadəyə verilməsi və ümumi iqtisadi amillər qiymətlərin artmasına təsir edə bilər".  

Bu sözləri Milli.Az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O bildirib ki, taksilərlə bağlı bir çox yeniliklər həyata keçirilib ki, taksilər daha keyfiyyətli və təhlükəsiz olsun. Bununla yanaşı, Azərbaycanda taksi qiymətləri 2 dəfə artırılıb:

"1.50 qəpikdən 3.15 qəpiyə qədər yüksəlib. Bu, sahibkarlar üçün əslində yaxşı bir fürsətdir. Onlar bu qazancı yeni avtomobillər almağa sərf edə bilərlər".

Bəs COP29-dan sonra taksi qiymətləri bahalaşacaq? 

Ekspert qeyd edib ki, hazırda COP29 tədbirləri ilə bağlı taksi çatışmazlığı müşahidə edilmir, amma tədbir öncəsi belə bir problem var idi və sonrakı dövrlərdə də bu vəziyyətin yaranması istisna deyil. Taksi çatışmazlığının yaranması qiymət artımına da təsirsiz ötüşməyəci gözlənilir. 

Chosen
21
4
demokrat.az

5Sources