EN

Haland həbs oluna bilər

"Mançester Siti"nin hücumçusu Erlinq Haland İsveçrədə həbs oluna bilər.

Bizim.Media xəbər verir ki, norveçli futbolçunu 1 günlük cəza gözləyir. Haland oktyabrın 25-də İsveçrənin qərbindəki Vo kantonunda qaydanı pozub. Erlinq 60 frank cərimə ödəməlidir. Əks halda onu növbəti dəfə ölkəyə daxil olduğu təqdirdə həbs təhlükəsi gözləyir.

Qeyd edək ki, Halandın atası Alf-İnqe 2023-cü ildən İsveçrədə yaşayır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
15
1
bizim.media

2Sources