EN

Ukrayna səfirindən ŞOK AÇIQLAMA – Türkiyənin bu addımı Rusiyanın PLANLARINI POZDU

Rusiyanın genişmiqyaslı hücumunun başlanğıcında Bosfor və Dardanel boğazlarının bağlanması Odessa və Nikolayevin işğalına mane olub.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bondar məlumat verib.

“Türkiyənin boğazları bağlaması Rusiyanın dənizdən işğal planlarını həyata keçirməsinə imkan vermədi. Bu, Ukraynanın müdafiəsinin əsas mərhələlərindən biri oldu”, – deyə səfir bildirib.

Vasili Bondar əlavə edib ki, Türkiyə Ukrayna üçün əhəmiyyətli bir nəqliyyat mərkəzinə çevrilib. Hazırda iki ölkə arasında nəqliyyat sahəsində vizasız rejim tətbiq edilir. Bunun nəticəsində Ukrayna şirkətləri xüsusi lisenziya və icazəyə ehtiyac duymadan Türkiyə və digər limanlardan mühüm yüklərin daşınmasını təmin edir.

Chosen
121
2
editor.az

10Sources