EN

Bakının uğuru: bəşəriyyət üçün 300 milyard

2024-cü ildə Bakıda keçirilən COP29 (İqlim Dəyişiklikləri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransı) yalnız qlobal iqlimdiplomatiyasının tarixi mərhələsi deyil, həm də Azərbaycanınbeynəlxalq siyasətdə artan nüfuzunun göstəricisi kimi yadda qaldı.Konfransın nəticələri dünya ictimaiyyətində "Bakı sıçrayışı"adlandırılaraq, gələcək iqlim tədbirləri üçün strateji bir bazayaratdı. COP29-da qəbul edilən qərarlar iqlim dəyişikliklərinəqarşı mübarizədə həm texniki, həm də diplomatik baxımdan yeniüfüqlər açdı.

COP29 konfransında qəbul edilən yeni maliyyə hədəfi, iqlimdəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsibaxımından tarixi bir qərardır. Bu hədəfə əsasən, inkişaf etmişölkələr hər il inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi iləmübarizə məqsədilə 100 milyard dollar ayıracaq və bu məbləğ 2035-ciilədək 300 milyard dollara çatdırılacaq.

Bu maliyyə hədəfi, xüsusilə qlobal Cənub ölkələri üçün həyatiəhəmiyyət kəsb edir. İnkişaf etmiş ölkələrin illər boyu səbəbolduğu iqlim böhranının əsas zərbəsini məhz bu dövlətlər alır. BakıCOP29, onların ehtiyaclarının təmin edilməsi və ədalətli maliyyədəstəyinin təmin olunması üçün ciddi bir irəliləyiş oldu.

Maliyyə hədəfinin müəyyən olunması prosesində bəzi inkişaf etmişölkələrin, xüsusilə ABŞ və Avropa İttifaqının, böyük maliyyəöhdəlikləri götürmək istəməməsi danışıqları çətinləşdirdi. Bunabaxmayaraq, beynəlxalq ictimaiyyətin təzyiqləri və inkişaf etməkdəolan ölkələrin kompromisə getməsi nəticəsində bu tarixi razılaşmaəldə olundu.

Bu yeni maliyyə hədəfi, iqlim dəyişikliyi ilə mübarizədə qlobalsəylərin gücləndirilməsi və inkişaf etməkdə olan ölkələrindəstəklənməsi baxımından mühüm bir addımdır. Bununla yanaşı, buhədəfin reallaşdırılması üçün inkişaf etmiş ölkələrin özöhdəliklərini yerinə yetirməsi və maliyyə vəsaitlərinin şəffaf vəədalətli şəkildə bölüşdürülməsi vacibdir.

Yeni hədəf eyni zamanda inkişaf etməkdə olan ölkələrin yaşılenerji, dayanıqlı infrastruktur və təmiz texnologiyalar sahəsindəirəliləyiş əldə etməsinə şərait yaradacaq. Məsələn, Dünya Bankınınməlumatlarına görə, inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyiilə mübarizə üçün ildə təxminən 4 trilyon dollarlıq sərmayəyəehtiyac duyurlar. Bakı COP29 bu ehtiyacın ən azı qismənqarşılanmasına yönəlmiş böyük bir addım oldu.

Yeni maliyyə hədəfinin reallaşdırılması üçün şəffaflıq vəhesabatlılıq mexanizmləri tətbiq olunacaq. BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) bu prosesə nəzarətedəcək, maliyyənin ədalətli bölüşdürülməsini təmin edəcək və bumaliyyə axınlarının real təsirlərini ölçəcək.

Bakı COP29 Paris Sazişinin 6-cı maddəsi üzrə uzun illər davamedən mübahisələrə son qoyan mühüm bir platforma oldu. COP28-də buməsələni həll etmək mümkün olmamışdı, lakin Bakıdakı intensivmüzakirələrdən sonra maddənin 6.2, 6.4 və 6.8 bəndləri üzrə razılıqəldə edildi.

Paris Sazişinin 6.4 bəndi karbon bazarının yaradılmasını nəzərdətutur. Bu bazar, ölkələrin karbon emissiyalarını ticarət obyektinəçevirməsinə imkan verir. Yeni mexanizmə əsasən:

İnkişaf etmiş ölkələr karbon emissiya limitləriniaşdığı halda, karbon kvotalarını digər ölkələrdən satın alabiləcəklər.

İnkişaf etməkdə olan ölkələr isə bu bazar vasitəsiləöz emissiya limitlərindən istifadə etməyərək əlavə gəlir əldə edəbiləcəklər.

Məsələn, əgər bir ölkəyə ildə 500 milyon ton karbon emissiyasılimiti müəyyən edilirsə və bu ölkə yalnız 400 milyon ton emissiyahəyata keçirirsə, qalan 100 milyon tonu digər ölkələrə sata bilər.Bu ticarət mexanizmi inkişaf etməkdə olan ölkələrin iqtisadipotensialını artırmaqla yanaşı, qlobal karbon emissiyalarınıazaltmağa da töhfə verəcək.

Maddənin 6.8 bəndi qeyri-bazar yanaşmaları əhatə edir. Buyanaşma, texnologiya transferi, meşələrin genişləndirilməsi vəiqlim dəyişikliyinə uyğunlaşma tədbirləri üçün əməkdaşlığı təşviqedir. Belə bir yanaşma, qlobal iqlim siyasətində həm inkişaf etmiş,həm də inkişaf etməkdə olan ölkələr arasında qarşılıqlı faydalımünasibətləri gücləndirəcək.

Yeni razılaşmalar çərçivəsində BMT-nin nəzarəti altında qlobalkarbon bazarının fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu nəzarətmexanizmi, həm ölkələrin öhdəliklərinə əməl etməsini təmin edəcək,həm də hər hansı mümkün sui-istifadə hallarının qarşısınıalacaq.

Bakı COP29-un nəticələri, xüsusilə 300 milyard dollarlıq maliyyəhədəfi və Paris Sazişinin 6-cı maddəsinin razılaşdırılması, iqlimdəyişikliklərinə qarşı mübarizədə tarixi bir dönüş nöqtəsioldu.

Bakı sammitində qəbul edilən qərarlar, iqlim dəyişikliyininfəsadlarından ən çox əziyyət çəkən dövlətlərə daha çox dəstək təminedəcək. Bundan əlavə, bu tədbir Azərbaycanın qlobal iqlimdiplomatiyasında mühüm rol oynadığını bir daha nümayiş etdirdi vəölkənin beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirdi.

COP29 həm təşkilatçılığı, həm də əldə edilən nəticələri iləiqlim dəyişikliyi ilə mübarizə sahəsində nümunəvi bir tədbir kimitarixə düşdü. Bu qərarlar, həm indiki nəsillər, həm də gələcək üçündaha davamlı bir dünyanın qurulmasında mühüm rol oynayacaq.

COP29 Beynəlxalq İqlim Konfransı ərəfəsində və tədbir zamanıQərb ölkələrinin, xüsusilə ABŞ və Avropa İttifaqının siyasətləriiqlim gündəliyinə əhəmiyyətli təsir göstərdi. Bu cür siyasitəzyiqlər, əsasən, Azərbaycanın beynəlxalq nüfuzunu zəiflətməyə vəkonfransın əsas müzakirələrini siyasi manipulyasiyalara yönəltməyəçalışmaqdan ibarət idi.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin COP29-aqatılmaması Avropa İttifaqının tədbirə yanaşmasındaqeyri-konstruktiv mövqeyinin göstəricisi kimi qiymətləndirildi.Ursula fon der Lyayenin iştirak etməməsi siyasi bir siqnal olaraqdəyərləndirildi və Avropa İttifaqının Azərbaycanın beynəlxalqsəhnədəki mövqeyinə münasibətdə müəyyən dərəcədə laqeydlik nümayişetdirdiyini ortaya qoydu.

Almaniyanın xarici işlər naziri Annalena Berbok isə tədbirçərçivəsində Azərbaycanın iqlim gündəliyindən diqqəti yayındırmağaçalışdı. O, konfrans zamanı çıxışlarında insan hüquqlarıməsələlərinə toxunaraq Azərbaycanın daxili siyasətinə müdaxiləetməyə cəhd göstərdi. Berbok eyni zamanda müxalifət nümayəndələriilə görüşlər keçirərək bu görüşlərdən əldə etdiyi bəyanatlarımediada yaydı. Bu addımlar, beynəlxalq ictimaiyyət tərəfindənkonfransın əsas məqsədlərinə kölgə salmaq üçün planlaşdırılmış birtəşəbbüs kimi qəbul edildi.

Berbokun sosial şəbəkə "X"-də dərc etdiyi tvitlər iqlimdəyişikliyi mövzusunda diqqət çəkən bir müzakirəyə səbəb olub.Berbok bu tvitlərdə həm inkişaf etməkdə olan ölkələri, həm də "yenizəngin emissiyaçılar" adlandırdığı Çin və Səudiyyə Ərəbistanınısərt şəkildə tənqid edir. Üstəlik, Azərbaycanın da adını çəkərək,ölkəmizi iqlim danışıqlarında müəyyən tərəfləri dəstəkləməkdəittiham edir. Amma bu ittihamların arxasında daha ciddi məsələlərdayanır.

Berbok yazıb: "Biz COP29-da fosil yanacaqlardan asılı olandövlətlərin geosiyasi oyunlarının mərkəzindəyik. Təəssüf ki, buoyunların meydanı ən yoxsul və həssas ölkələrdir. Aİ öz tariximəsuliyyətini anlayır. Lakin iqlim maliyyələşməsi və karbonemissiyalarının azaldılması yanaşı getməlidir. Biz yoxsulölkələrin, yeni zəngin emissiyaçılar tərəfindən aldadılmasına gözyummayacağıq."

Bu ifadələrdə aydın şəkildə görünür ki, Berbok iqlim dəyişikliyiilə bağlı qlobal mübarizədə liderlik etməkdən çəkinir vəməsuliyyəti başqalarının üzərinə atmağa çalışır. Paris Sazişinəəsasən, inkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizədəmaliyyə dəstəyi göstərməli və konkret öhdəliklər götürməlidir. AmmaBerbok öz ölkəsinin və Avropa İttifaqının bu məsələdəki rolundançox az bəhs edir, əksinə, inkişaf etməkdə olan ölkələri və "yenizəngin emissiyaçılar"ı tənqid etməklə kifayətlənir.

Paris Sazişinin 9-cu maddəsində açıq şəkildə qeyd edilir ki,inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlimdəyişikliyinin təsirlərini azaltmaq və bu təsirlərə uyğunlaşmaqüçün maliyyə dəstəyi verməlidirlər. Hətta 2025-ci ilə qədər əvvəlkimaliyyə hədəflərindən daha böyük bir kollektiv öhdəlik müəyyənedilməlidir. Lakin Berbok bu məsələni unudur və diqqətibaşqalarının üzərinə yönəldir.

Berbokun "sədrlik dəstəyi" ifadəsi isə birbaşa AzərbaycanınCOP29-a sədrlik etməsinə işarə edir. Amma reallıqda Azərbaycan butədbirdə balanslı və konstruktiv rol oynamağa çalışır. The Guardianqəzetinin məlumatına görə, Azərbaycan tədbir çərçivəsində ABŞ, Çin,Avropa İttifaqı, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Braziliyakimi əsas ölkələrlə bağlı qapılar arxasında danışıqlar aparıb. Bugörüşlərdə məqsəd, iqlim maliyyələşməsinin artırılması və fosilyanacaqlardan tədricən imtina kimi mühüm məsələlərdə ortaq mövqeyənail olmaq idi.

Nəticədə iqlim maliyyələşmə büdcəsinin 250 milyard dollardan 300milyard dollara artırılması barədə razılıq əldə olunub. Bu,Azərbaycanın səylərinin nə qədər əhəmiyyətli olduğunu göstərir.Amma sual yaranır: bəs Avropa İttifaqı bu məsələdə haradadır? NiyəAvropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və digər Avropaliderləri belə vacib danışıqlarda iştirak etmirlər? Onlarınolmaması, Avropa İttifaqının öz maliyyə öhdəliklərini yerinəyetirmək istəyində nə qədər səmimi olub-olmaması ilə bağlı ciddisuallar doğurur.

Berbokun "yeni zəngin emissiyaçılar" ifadəsi də diqqətəlayiqdir.Bu tənqid, əsasən Çin və Səudiyyə Ərəbistanına yönəlib. Amma buyanaşma qlobal iqlim məsələsində əməkdaşlıq ruhunu sarsıdır,ölkələr arasında etimadsızlığı artırır. Avropa, sənaye inqilabındaəsas rol oynamış və bu gün mövcud iqlim böhranında böyük məsuliyyətdaşıyan bir region olaraq, bu məsələdə daha çox öhdəlikgötürməlidir. Paris Sazişi də bunu açıq şəkildə bildirir.

COP29, iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal əməkdaşlığınsınaqdan keçirildiyi mühüm bir tədbirdir. Azərbaycan bu tədbirdəfəal və balanslı vasitəçilik edərək, tərəflər arasında razılığanail olmağa çalışır. Lakin əsas məsuliyyət inkişaf etmiş ölkələrinüzərinə düşür. Onlar konkret addımlar atmalı, maliyyə öhdəlikləriniyerinə yetirməli və qlobal iqlim məsələlərində liderliketməlidirlər. Sosial şəbəkələrdə sərt açıqlamalar vermək vəbaşqalarını ittiham etmək iqlim dəyişikliyi kimi ciddi birməsələnin həllinə heç bir töhfə verməyəcək. Əksinə, bu cüryanaşmalar yalnız etimadı zəiflədir və qlobal əməkdaşlığıçətinləşdirir.

Rəsmi Bakı bu təzyiqlərə konstruktiv və ağıllı yanaşma nümayişetdirdi. COP29 çərçivəsində Azərbaycanın iqlim strategiyası təqdimolundu və dünya ictimaiyyətinə ölkənin yaşıl enerji layihələribarədə ətraflı məlumat verildi. Xüsusilə, Qarabağ və ŞərqiZəngəzurda tətbiq olunan bərpa olunan enerji layihələri tədbiriştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

Avropa İttifaqı və ABŞ-ın bu cür yanaşması yalnız iqlimməsələləri ilə məhdudlaşmırdı. Azərbaycanı hədəf alan tənqidlərdəəsas məqsəd ölkənin artan enerji rolunu zəiflətmək və Avropa üçünenerji təhlükəsizliyindəki strateji əhəmiyyətini kölgə altına almaqidi. Avropa ölkələrinin bəzi nümayəndələri konfrans zamanıAzərbaycanın enerji sektoruna dair qeyri-obyektiv fikirlərsəsləndirdilər.

2023-cü ildə Azərbaycan Avropa İttifaqına 12 milyard kubmetrtəbii qaz ixrac edərək enerji təminatında mühüm rol oynadı. COP29çərçivəsində bu göstəricinin artması barədə razılıqlar əldə edildi.Qarabağ və Şərqi Zəngəzurda 10 yeni külək və günəş enerjisilayihəsi ilə 2030-cu ilə qədər 30% yaşıl enerji hədəfinə nail olmaqplanlaşdırılır. Azərbaycanın 2050-ci ilə qədər karbon neytrallığınanail olmaq məqsədi beynəlxalq ictimaiyyət tərəfindən yüksəkqiymətləndirildi.

COP29 çərçivəsindəki təzyiqlərə baxmayaraq, Azərbaycanınnümayəndə heyəti səriştəli mövqe nümayiş etdirərək müzakirələrinəsas gündəliyindən kənara çıxmasına imkan vermədi. Azərbaycanınenerji və iqlim siyasəti ilə bağlı beynəlxalq səviyyədərazılaşmalar əldə edildi. Bu, ölkənin həm regional, həm də qlobalsəviyyədəki rolunu daha da gücləndirdi.

Qərbin siyasi təzyiqləri göstərir ki, gələcəkdə də Azərbaycanbeynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün daha da güclümövqe nümayiş etdirməlidir. COP29-da baş verənlər Azərbaycanınyalnız enerji və iqlim sahəsində deyil, eyni zamanda geosiyasimübarizədə də strateji qərarlar qəbul etməsinin vacibliyini birdaha ortaya qoyur.

Azərbaycan COP29-da yalnız ev sahibi ölkə kimi deyil, həm dəqlobal iqlim diplomatiyasının aparıcı aktoru kimi çıxış etdi.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan neytral mövqesərgiləyərək tərəflər arasında vasitəçi rolunu uğurla yerinəyetirdi. Konfrans çərçivəsində qəbul olunan qərarlar Azərbaycanın"yaşıl enerji" siyasəti və qlobal iqlim dəyişikliklərinə qarşımübarizədə əhəmiyyətli rol oynadığını bir daha nümayiş etdirdi.

Azərbaycanın təşəbbüsü ilə keçirilən bu tədbir, eyni zamanda,ölkənin qlobal səviyyədə artan nüfuzunu nümayiş etdirdi. BakıCOP29-da iştirak edən ölkələr Azərbaycanın təşkilatçılığını yüksəkqiymətləndirərək, onun beynəlxalq məsələlərdə məsuliyyətli tərəfdaşolduğunu vurğuladılar.

Bakı COP29 qlobal iqlim gündəliyində mühüm mərhələ olaraq yaddaqalacaq. Konfransda əldə olunan razılaşmalar, xüsusilə ParisSazişinin 6-cı maddəsi üzrə razılıq və yeni maliyyə hədəfinintəsdiqlənməsi, iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətliirəliləyişə zəmin yaratdı.

COP29 həm də göstərdi ki, qlobal iqlim çağırışlarına yalnıztexniki və maliyyə resursları ilə deyil, eyni zamanda siyasi iradəvə diplomatik səylərlə cavab vermək lazımdır. Azərbaycanın evsahibliyi etdiyi bu tarixi tədbir, beynəlxalq iqlim diplomatiyasınatöhfə verərək, gələcək nəsillər üçün daha davamlı bir dünyanınqurulmasında mühüm rol oynadı.

Bu uğurlu tədbir, Azərbaycanın beynəlxalq səhnədə artan nüfuzunubir daha təsdiqləyərək, ölkənin strateji əhəmiyyətini daha dagücləndirdi. Bakı COP29-un nəticələri uzun müddət iqlim dəyişikliyiilə mübarizənin yol xəritəsi kimi xidmət edəcək.

Buna əsla şübhə yoxdur.

Məqalədə:
Chosen
41
5
az.trend.az

6Sources