"4-cü sinifdÉ™ ÅžuÅŸada oxuyanda dÉ™hlizdÉ™ güzgü var idi, ona baxdım. "Bobbi" filmini izlÉ™miÅŸdim. VÉ™ güzgüyÉ™ baxıb dedim ki, "MÉ™n É™n tanınmış olacaÄŸam". Sanki bir anlıq alqış sÉ™slÉ™ri eÅŸitdim".Â
Bu sözləri Xalq artisti Firəngiz Mütəllimova "Sabahın xeyir, Azərbaycan" verilişinə açıqlamasında deyib.
O, karyerasının ilk illərində həmin dövrün aktrisalarından birinin ona mane olmaq istədiyini deyib. F.Mütəllimova həmin aktrisanın adını açıqlamayıb:
"Universitetə qəbul olmuşdum. Evə qayıdanda gördüm ki, anam ağlayır. Elə bildim sevinc göz yaşlarıdır. Sən demə istəmirmiş. O, məni ağ xalatda görmək istəyirdi. Universitetdə olanda səhnəyə baxırdım, o bizim üçün çox müqəddəs idi. Düşünürdüm ki, İlahi, görəsən mən də o səhnədə çıxış edəcəyəm?
3-cü kursda mənə tamaşalardan birindən dəvət gəlmişdi. Amma o vaxtkı aktrisalardan biri buna mane oldu. O, istəmədi ki, mən "Sevil" tamaşasında rol oynayım. Amma mən Tofiq Kazımovun (mərhum Xalq artisti, rejissor - red.) yaddaşında qaldım ki, belə bir qız var.
Teatr canlı sənətdir. Orada başqa bir maqnit qüvvəsi var. Məsələn 2 filmə gedəndə, 3-cüsünə getməmişəm. Çünki teatrda işimiz çox olurdu və kinoya çəkilməyə vaxtımız olmurdu".  (Axşam.az)