1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İstanbula bu gün mövsümün ilk qarı yağıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilir ki, hadisə barədə əvvəlcədən meteoroloji xəbərdarlıq edilib.
Gecə saatlarından etibarən şəhərin yüksək ərazilərinə yağan qar səbəbindən qısa müddətdə nəqliyyat vasitələri və yol kənarları ağ örtüyə bürünüb.
Şəhərin bəzi yollarında nəqliyyatın hərəkətində çətinliklər qeydə alınıb.
Şəhərin mərkəzinə isə sulu qar yağıb.